Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dövlət məktəbində bunu da etdilər: İbtidai sinif şagirdləri sinifdə NAMAZ QILDI

“Namaz necə qılınar?” mövzusunda təlim keçilib.

Ərzurumun Çat bölgəsində fəaliyyət göstərən məktəbin ibtidai sinif şagirdlərinə namaz qıldırılıb.

Din.az xəbər verir ki, 10 yaşa çatmamış uşaqlara “namaz necə qılınar?” mövzusunda təlim keçilib.

Məktəblilər müəllimlərinin köməyi ilə cümə namazı qılıblar. Hətta şagirdlərin namaz əsnasında şəkilləri çəkilərək, məktəbin internet səhifəsinə yerləşdirilib. Fotolara isə bu şərh yazılıb:

“Məktəb açılandan bəri cümə namazının necə qılındığını öyrədən Şeyma müəlliməmiz nəhayət ki, istəyinə nail oldu. Müəllimlərinin rəhbərliyi altında namaz qılan şagirdlərimiz gələcəkdə də buna davam etmək istəyirlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...