Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dövlət məmuru məscid ziyarətçilərini söydü  – VİDEO

“Gedin, hara şikayət edirsiz-edin, sizin hamınızın vəhhabi olduğunu elan edəcəm…”

Tacikistan Prezidenti yanında Dövlət Qulluğu Agentliyi Rudaki rayonunun Çoryakkoran qəsəbəsi administrasiyasının dini işlər üzrə mütəxəssisi Şokir Xoldorovun vəzifəsindən azad edilməsi üçün tədbirlər görür.

Din.az xəbər verir ki, buna səbəb məmurun yerli məscidin ziyarətçilərini söyərək əsassız şəkildə məscidin bağlanmasını tələb etməsi olub. Ş.Xolqorovun vəzifəsindən azad edilməsinin vacibliyi onun “Dövlət qulluqçusunun davranış Kodeksi”ni pozmasıyla əsaslandırılıb. Artıq Rudaki rayonunun icra hakimiyyətinə bu haqda tövsiyə göndərilib.

Dövlət Qulluğu Agentliyindəki mənbədən “Ozodi” radiosuna verilən məlumatda bildirilir ki, 2017-ci ilin oktyabrında internetdə Xoldorovun sözügedən məscidin həyətində zyarətçiləri ağır şəkildə təhqir edərək İslam məbədgahının bağlanmasını tələb etməsinin görüntüləndiyi video yayımlanıb.Məscidin guya qanunsuz fəaliyyət göstərdiyini iddia edən məmur təhqirlərə görə ona etiraz edən vətəndaşlara “gedin, hara şikayət edirsiz – edin, sizin hamınızın vəhhabi olduğunu elan edəcəm” deyə cavab verib. Həmin olaydan sonra Ş.Xoldorov müvafiq inzibati məcəlləyə uyğun olaraq cəmi 500 somoni(təxm. 95 AZN) cərimə edilərək postunda işləməkdə davam edib.

Araşdırmalardan məlum olub ki, sözügedən məscid 2013-cü ildə əhalinin vəsaiti hesabına tikilib və tam qanuni şəkildə fəaliyyət göstərir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...