"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Dövlət müşaviri din xadimləri ilə görüşüb – VİDEO

Share Button

Multikulturalizm ənənələrinin qorunub saxlanması mövzusunda tədbir…

Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Gəncədə qərb bölgəsindən olan din xadimləri ilə görüşüb.

İmamzadə dini kompleksində keçirilən görüşdə Kamal Abdulla əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərindən və tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrdən, multikulturalizm ənənələrinin qorunub saxlanması və eləcə də inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.

Tədbirdə respublikamızdakı etnik dini qurum barədə ətraflı fikir mübadiləsi aparılıb, müxtəlif rəy və təkliflər irəli sürülüb.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir