Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Dövlət və din münasibətlərində artıq dünyada bir Azərbaycan modeli də var”

“Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir”.

“Müasir dünyanın milli-dini zəmində toqquşmalar, məzhəb savaşları və dövlətlərarası etimadsızlıq halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluq qürurverici bir haldır. Ölkə başçısının dediyi kimi: “Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir”.

Din.az xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq bu gün ölkədə məscidlərlə bərabər, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir:

“Dövlət və din münasibətlərində artıq dünyada bir Azərbaycan modeli də var. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezidentin təşəbbüsü ilə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi dövlətin multikulturalizm siyasətinə verilən önəmin nümunəsidir”.

Dekan bildirib: “Bir neçə gün öncə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib. Bu kitabda multikulturalizm Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir istiqaməti kimi təqdim olunur.

Kitabın ideya müəllifi Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tərtibçiləri PA-nın millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda ölkə başçısının 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, multikulturalizmin, o cümlədən, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Prezidentin multikulturalizm barədə fikirləri və göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir. Biz hər gün bunun şahidi oluruq. Odur ki, kitabın digər dillərə tərcüməsi, həmçinin, Azərbaycan Dillər Universtetində tədrisi həyata keçiriləcək. Siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab dərs vəsaiti kimi artıq indidən tələbələrin diqqətini çəkib.

Kitabda ölkənin real multikultural mənzərəsi ölkə başçısının çıxışları vasitəsi ilə mükəmməl şəkildə oxucuya çatdırılır”. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...