Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dövlət Xidmətinin rəisi: “KEŞİKÇİ DAĞI MƏBƏDİ təmir olunmalıdır”

“Keşikçi dağı məbədinin təmirə ehtiyacı var”.

“Keşikçi dağı məbədinin təmirə ehtiyacı var. Abidənin “Europa Nostra” mədəni irsin qorunması təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilməsinin səbəbi bu ola bilər”.

Din.az bildirir ki, bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

Xidmət rəisi qeyd edib ki, abidə təcili təmir olunmalıdır: “Düzdür, təşkilatın açıqladığı kimi böyük mənada təhlükə yoxdur, amma biz də hesab edirik ki, ölkəmizdəki bir çox abidələr kimi, Keşikçi dağı məbədinin də təmirə ehtiyacı var. Abidə Azərbaycan-Gürcüstan sərhədindədir. Ona görə də onun təmiri ilə bağlı iki ölkə arasında razılıq əldə olunmalıdır. Abidə Azərbaycan dövləti tərəfindən qorunur. Məhz buna görə də təmir üçün Azərbaycan tərəfindən maliyyə ayrıldıqdan sonra bu haqda hər hansı müzakirə aparmaq olar. Hesab edirəm ki, bu məsələ müsbət həllini tapacaq, hər hansı problem olmayacaq. Vəsait ayrılan kimi Keşikçi dağı abidəsində təmir işlərinə başlanılacaq”.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçi dağı məbədi (David Qareci) “Europa Nostra” mədəni irsin qorunması təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...