Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

DQİDK “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirib

“Bu gün qarşımızda duran əsas məsələlərdən biri dini radikalizmə, xurafat elementlərinə qarşı mübarizədir”.

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Din.az bildirir ki, DQİDK-dən APA-ya verilən məlumata görə, tədbirdə DQİDK, Gəncə, Daşkəsən icra hakimiyyətlərinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, əsas prinsiplərindən biri milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasıdır. Bu istiqamətdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirən ŞİH-in başçısı ənənəvi İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının vacibliyinə toxunub.

DQİDK sədri Mübariz Qurbanlı vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunması, tolerant, multikultural ənənələrin təbliği və təşviqi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində gördüyü işlərin əsas istiqamətlərini təşkil edir. Onun sözlərinə görə, Azərbaycanda bu ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri şərait var və biz də bundan istifadə edərək öz dəyərlərimizin təbliği istiqamətində var gücümüzlə çalışırıq. “Bu gün qarşımızda duran əsas məsələlərdən biri dini radikalizmə, xurafat elementlərinə qarşı mübarizədir”,- deyə Komitə sədri qeyd edib.

O bildirib ki, din adı altında İslamı gözdən salmağa cəhd edən qrupların, dairələrin bu gün Yaxın Şərqdə “fəaliyyəti”nin mənfi nəticələri görünür. Mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslamın yad təsirlərdən qorunmasının vacibliyinə toxunan M.Qurbanlı Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirlər, o cümlədən DQİDK-nın Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyətinə diqqət çəkib.

Komitə sədri, eyni zamanda Məhərrəm ayında keçirilən dini mərasimlər zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının bu gün verdiyi fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Gəncə şəhəri “İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri Tahir Abbasov dinə dövlət qayğısından danışıb. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayan din xadimi Aşura mərasimlərinin məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin fətvasında irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməsinin zəruriliyinə nəzərə çatdırıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...