Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

DQİDK təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib

“Azərbaycanda dövlətin dinə göstərdiyi diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur”.

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.

Din.az-ın APA-ya istinad etdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olub.

Prezidentin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda 90-cı illərin əvvəllərində müəyyən dini təşkilatlar öz planlarını həyata keçirmək üçün müxtəlif üsul və metodlardan istifadə ediblər: “Həmin dövrdə dövlətin din siyasətini müəyyənləşdirmək istiqamətində bir çox addımlar atılırdı. Azərbaycanın müstəqillik illərinin ilk vaxtlarında qəbul edilən qanun layihələrinin sonradan təkmilləşdirilməsində ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub”.

C. Məmmədov Azərbaycanda dinə göstərilən dövlət qayğısı barədə də məlumat verib: “Azərbaycanda dövlətin dinə göstərdiyi diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur”.

Konfrans çıxışlarla davam edib.

Sonda DQİDK tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda elan edilən məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...