Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

DTX, DİN və Dövlət Komitəsi Sumqayıtda qanunsuz dini fəaliyyətin qarşısını alıb

Qeyri-qanuni dini fəaliyyətin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi qanunsuz dini fəaliyyətin qarşısını almaq məqsədi ilə birgə baxış keçirib.

Din.az bildirir ki, bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus olan və Sumqayıt şəhəri Novxanı qəsəbəsi, Bağlar massivi, Çinarlı küçəsi, 1886 ünvanında yerləşən bağ sahəsinə baxış keçirilib. Nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...