Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Dubayı ağıllı kameralar idarə edəcək

Dubay 2021-ci ilə qədər “agıllı şəhər” olacaq.

Dubay küçələrində müxtəlif dövlət qurumları üçün məlumat toplamaq məqsədilə minlərlə kamera quraşdırılacaq.

Din.az xəbər verir ki, bu barədə “Qulf Nyus” nəşri məlumat yayıb.

“Oyoon” adlı yeni layihə hökumətin Dubayı 2021-ci ilə qədər “agıllı şəhər” etmək proqramının bir hissəsidir. Kameralar şəhərdə baş verən cinayətləri, qeyri-qanuni hərəkətləri, yol hərəkəti qaydalarının pozuntusunu izləyəcək. Quraşdırılmış kameralar süni intellekt vasitəsilə insanın iştirakı olmadan ekrandakı canlı mənzərəni analiz edə biləcək. Həmçinin insanların üzünü tanıyacaq, əşyaları və minik vasitələrini müəyyən edəcək. “Agıllı” kameralar yol hərəkəti qaydalarını pozan şəxsləri müəyyən edəndən sonra polis maşını saxlamadan cərimə yazmaq imkanı qazanacaq.

Qeyd olunur ki, yaxın zamanda bütün kameralar birləşdiriləcək və toplanan informasiya vahid mərkəzə ötürüləcək. Kameraların təkcə yollarda deyil, bütün şəhər ərazisində qurulması nəzərdə tutulur. Dubay polisinin fikrincə, bu tədbirlər şəhərdə fövqəladə hallarda operativ reaksiya verməyə, cinayətlərin azalmasına və şəhərin təhlükəsizliyinin tam təmin olunmasına xidmət edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...