Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dükana ərsiz gedən qadının başını kəsdilər – Əfqanıstanda

Əfqanıstanda ərzaq mağazasına ərsiz gedən qadının başını kəsiblər. “Din.az” “report”a istinadən xəbər verir ki, insident böyük hissəsi hələ də, “Taliban” hərəkatının nəzarəti altında olan Sar-e-Pul əyalətində baş verib. Məlumata görə, mərhumun həyat yoldaşı bir neçə gün əvəl ölkəni tərk edib. O, evdə olmadığı zaman isə qadın Latii kəndindəki bazara gedib. Yolda qadın silahlı şəxslər tərəfindən […]

Əfqanıstanda ərzaq mağazasına ərsiz gedən qadının başını kəsiblər.

“Din.az” “report”a istinadən xəbər verir ki, insident böyük hissəsi hələ də, “Taliban” hərəkatının nəzarəti altında olan Sar-e-Pul əyalətində baş verib.

Məlumata görə, mərhumun həyat yoldaşı bir neçə gün əvəl ölkəni tərk edib. O, evdə olmadığı zaman isə qadın Latii kəndindəki bazara gedib. Yolda qadın silahlı şəxslər tərəfindən saxlanılıb və tezliklə qətlə yetirilib.

Əyalət qubernatorunun sözlərinə görə, qadın, ehtimal ki, “Taliban”ın qadınların yaxın kişi qohumu olmadan ictimai yerlərə getməsinə qoyduğu qadağanı pozub.

Bununla belə, “Taliban” qətldə əlinin olmadığını bəyan edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...