"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
186826

Dünən Məscidi Əqsada gərginlik yaşanıb

Share Button

Məscidi Əqsanın həyətindəki İsrail qüvvələri və fələstinlilər arasındakı gərginlik davam edir

Qüdsdəki İslami Vəqflər Dairəsinin başçısı Azzam Hatiq, “hal-hazırda Məscidi Əqsanın həyətində ibadət edən müsəlmanlar ilə İsrail qüvvələri arasında gərginlik yaşanır” deyə bildirib.

“Din.az” bildirir ki, Hatip, İsrail qüvvələrinin müqəddəs məsciddə məskunlaşan yəhudiləri qorumaq üçün zorla içəri girdiyini deyib.

Şahidlər İsrail qüvvələrinin fələstinlilərə gözyaşardıcı qaz və plastik mərmi ilə müdaxilə etdiyini, Əqsanın həyətindəki Qiblə Məscidinə qədər onları təqib etdiyi bildirilir.

İsrail polisin dünən Məscidi Əqsanın həyətinə güclə girməsindən sonra çıxan olaylarda 5 nəfərin yaralandığı, 10 nəfərin isə nəzarət altına alındığı deyilir.

Məscidi Əqsanın müdiri Ömər Kesvanı 190 polisin silah gücü ilə Məscidi Əqsaya girdiyini qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top