Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dünya Ermənilərinin Dini Mərkəzində VERGİ BORCU OLAN ölülərin basdırılmasına icazə verilmir

Ölənin yaxın qohumlarından torpaq və əmlak vergisini ödəməsi tələb edilib.

Ermənistanın Eçmiədzin şəhərinin meri kredit borcu ilə bağlı öhdəliyi yerinə yetirməyən ölülərin basdırılmasına icazə vermir.

Din.az xəbər verir ki, bunu ölü sahiblərindən Ermənistan parlamentinin üzvü Manvel Qriqoryanın oğlu, Eçmiədzin şəhərinin meri Karen Qriqoryan tələb edir.

“Eçmiədzin şəhərinin meri Karen Qriqoryan ölənin yaxın qohumlarından torpaq və əmlak vergisini ödəməsini istəyib. Şəhərdə ölünü dəfn etməyə görə qohumu qəbiristanlıqdan torpaq verilməsi üçün merə müraciət edir. Onlardan ölünün vergi öhdəliyini yerinə yetirməsi tələb olunur. Adam ölüdürsə, o vergini necə ödəyə bilər?! Bütün borcları ödəyəndən sonra ölmək və basdırılmaq olar. Şəhərdəki ölüxana, morq Karen Qriqoryana məxsusdur. O, ölü dəfni ilə məşğul olur. Şəhərdə dəfn bürolarındakı tabutun satışından tutmuş mərasim zalının icarəyə verilməsinədək bütün xidmətə mer və deputat nəzarət edir”.

Qeyd edək ki, Dünya Ermənilərinin Dini Mərkəzi Eçmiədzində yerləşir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...