Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dünya məşhurları İsrailə qarşı müsəlmanların müdafiəsinə qalxdılar

İsrailin haqsızlığı bütün dünyada pislənir.

“Fələstinlilərin İsrailin hərbi işğalını aradan qaldırmağa gücləri yoxdur, buna görə BBC Konstitusiyaya uyğun olaraq ifadə azadlığını qorumağa məcburdur”.

Dünyada məşhur olan 50-dən çox sənətçi BBC-ni İsraildə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsinin başqa bir ölkəyə keçirilməsi üçün təzyiq göstərməyə çağırıb. Din.az xəbər verir ki, onların imzaladıqları məktub Böyük Britaniyanın “Guardian” nəşrində dərc olunub.

Məktubda Avropa Yayım Birliyinin (EBU) yarışmanı Qüdsdən Təl-Əvivə köçürməsinin yetərli olmadığı qeyd olunur: “Bu, fələstinliləri İsrailin torpaqlarını oğurlamasına, köçürülmələrinə, öldürülmələrinə, döyülmələrinə və başqa daha çox şeyə qarşı qoruya bilməz. “Eurovision” əyləncəli musiqi yarışması ola bilər, ancaq insan haqları düşüncəsindən azad edə bilməz. İsrailin fələstinlilərin insan haqlarının sistemli şəkildə pozmasını görməzdən gələ bilmərik”.

“Fələstinlilərin İsrailin hərbi işğalını aradan qaldırmağa gücləri yoxdur. BBC Konstitusiyaya uyğun olaraq ifadə azadlığını qorumağa məcburdur. Ona görə də şirkət qanunvericiliyə uyğun olaraq hərəkət etməli və “Eurovision”ın bu azadlığa qarşı çıxmayan başqa bir ölkədə keçirilməsi üçün təzyiq göstərməlidir” – deyə məktub müəllifləri bildirirlər.

Xatırladaq ki, ötən ilin may ayında keçirilən “Eurovision-2018” yarışının qalibi İsrail təmsilçisi Netta Barzilay olub. Netta bununla ölkəsini dördüncü dəfə “Eurovision” yarışlarında birinci yerə çıxarıb. Nettaya qədər İsrail təmsilçisi sonuncu dəfə 1998-ci ildə qalib gəlib. O zaman Dana İnterneyşnl (İnternational) “Diva” mahnısı ilə çıxış edib.

İsrailin baş naziri Benyamin Netanyahu “Eurovision-2018”-in qalibi Netta Barzilayla görüşü zamanı bəyan etmişdi ki, növbəti “Eurovision” yarışı Yerusəlimdə (Qüds) olacaq. Onun bu bəyanatı Qüdsü özünün müqəddəs şəhəri hesab edən müsəlman dünyasını qəzəbləndirmişdi.

İsrail beynəlxalq ictimaiyyətin təzyiqi ilə mahnı müsabiqəsini Təl-Əvivə keçirib. / Sputnik Azərbaycan

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...