Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Bizə “gəlin” desəydiniz, bütün Azərbaycan olaraq ayaqyalın, qaçaraq gələrdik” – FOTO – VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Türkiyə ziyarəti…

Qanlı dövlət çevrilişinə cəhd edilən gecə həyatını itirənlər üçün başsağlığı vermək və türk xalqına dəstəklərini bildirmək üçün Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin, Qafqaz Müsəlmanları Dini İdarəsinin sədri Allahşükür Paşazadə, Bosniya və Hersoqovinanın şeyxülsilamı Hüseyn Kavazoviç və Kosova İslam Birliyinin sədri Naim Temava Türkiyənin Diyanət İşləri naziri Prof.Dr. Mehmet Görmezi ziyarət edib.

13987790_1416060145078009_633627992_o

“Din.az” xəbər verir ki, türk xalqının çevrilişin qarşısında dimdik duruşu və minarələrdən yüksələn duaların ölkələrində gözyaşları içərisində izləndiyini bildirən dini liderlər, 15 iyul gecəsində bütün dünya müsəlmanlarının qəlblərinin Türkiyə üçün atdığını dilə gətiriblər.

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin…

“Həmin gecə Rusiya müsəlmanları olaraq heç yatmadıq. Dualarımız, salavatlarımız və gözyaşlarımızla səhərə qədər qəlbimiz sizinlə oldu. Biz də sizin kimi millətinizin, dövlətinizin salamatı üçün salavatlarla, dualarla sabahladıq. “Allah, türk xalqını terrorizmdən qorusun” deyə dualar etdik. Avqustun 7-də biz türk millətinin birliyini televiziyalarda izlədik. Bütün türk xalqının şəhərlərdə, kəndlərdə, meydanlarda toplaşaraq “Demokratiya və Şəhidlər Mitinqi”ni göz yaşları ilə izlədik. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışını biz də qəlblərimiz titrəyərək dinlədik. Allah Türkiyəyə bu imtahandan ən yüksək dərəcədə çıxmağı nəsib etdi. Əlhəmdülillah, Türkiyə qələbə qazandı”.

13942716_1416060055078018_1289486131_n

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə…

“Xocalı qətliamında şəhidlərimizi əllərimlə torpağa verdim. “Dövlət” nə deməkdir çox yaxşı bilirəm. Türkiyə həmin gecə vətəni, mülləti, dövləti üçün dimdik ayaqda durdu. Minarələrdən gələn duaların gücü, Türkiyənin qələbəsi idi o gəcə… Heç bir şey duaların səsini kəsə bilməz. Yüksələn dua səsləri F-16 qırıcılarının səsini kəsdi. Azərbaycan həmin gecə səhərə qədər yatmadı. Bütün Azərbaycan xalqı həmin gecə sizlərlə birlikdə idi. Həmin gecə bizə “gəlin” desəydiniz, bütün Azərbaycan olaraq ayaqyalın, qaçaraq gələrdik. Bu, bizi biləşdirən tərifdir: iki dövlət, bir millətik biz. Bunu qorumalıyıq. “Müsəlmanam” deyən adamlardan belə şeytanlıqlar görmək müsəlman olanın belə ağlına gəlmir. “Müsəlman” olan, “Türkəm” deyən şəxs öz xalqına qarşı necə qətliam törədə bilər?! Tarix bunların elədiklərini yazacaq”.

13988849_1416060128411344_1461304809_n

13956827_1416060181744672_989414211_n

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...