Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Dünya müsəlmanlarla yəhudilərin bu rəqsindən danışır – VİDEO

Share Button

Müsəlmanlarla yəhudilər bir yerdə bayram keçirtdilər…

Müsəlman və yəhudilərin Bəhreyində birgə yəhudi bayramı olan hanukanı qeyd etməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, mərasim amerikalı yəhudi milyonçu Lazer Şeyner tərəfindən təşkil olunub. Müsəlmanların yəhudilərlə bir araya gəlməsi, onlarla birgə rəqs etməsi, hətta yəhudi bayramını qeyd etməsi dünya KİV-lərinin diqqətini çəkib.

İnternetdə yayılan videoda ənənəvi ərəb geyimində olan şəxslərin yəhudilərlə birgə rəqs etdiyi görünür.

Qeyd edək ki, Fars körfəzində yerləşən Bəhreyndə 1,3 milyon insan yaşayır. Onların cəmi 50 nəfəri yəhudidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir