Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dünyaca tanınmış komediya ustası müsəlmanların təhqir olunmasına haqq qazandırdı

Atkinson: “Din haqqında zarafatlara görə üzr istəməyin heç bir mənası yoxdur”.

Atkinsonun fikrincə, zarafat həqiqətən gülməlidir və buna görə üzr istəməyə dəyməz.

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson bir müddət əvvəl niqablı qadınları poçt qutuları ilə müqayisə etmişdi.

Din.az xəbər verir ki, britaniyalı gülüş ustası Rouen Atkinson Consonun bu bənzətməsini “çox layiqli müqayisə” adlandırıb.

Bu sözlərdən sonra Consona qarşı partiya daxili proseslər başlamışdı. Atkinsonun fikrincə isə, zarafat həqiqətən gülməlidir və buna görə üzr istəməyə dəyməz.

“Mən din haqqında azad zarafatlara görə pul alan insan kimi Boris Consonun zarafatını layiqli hesab edirəm. Din haqqında bütün zarafatlarda kimisə təhqir edirlər, buna görə üzr istəməyin heç bir mənası yoxdur. Axmaq zarafatlara görə üzr istəmək lazımdır” – deyə aktyorun The Times-ə yazılan məktubunda qeyd edilib.

“Mister Bin” obrazı ilə dünyada məşhurluq qazanmış gülüş ustasının sözlərinə görə, Conson ideal müqayisə edib və buna görə də, bu müqayisə hər zaman cəmiyyətin yaddaşında qalacaq. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...