Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dünyada aclıq çəkən insanların sayı artır

Aclıqla üzləşən insanların çoxu müharibələrin getdiyi ölkələrdə məskunlaşıblar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və Dünya Sağlamlıq Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti 2017 hesabatı”na görə iki il öncə dünyada qida çatışmazlığından əziyyət çəkənlərin sayı 777 milyon idisə, ötən il bu rəqəm 815 milyona yüksəlib.

Din.az Milli.Az-a istinadən bildirir ki, aclıqla üzləşən insanların çoxu müharibələrin getdiyi ölkələrdə məskunlaşıblar.

FAO dünyada iqlim dəyişkənliyi və müharibələrin aclıq səviyyəsini artırdığını bəyan edib. Asiya qitəsində təxminən 520 milyon, Afrikada 243 milyon, Latın Amerikası və Karib dənizi bölgəsində 42 milyondan çox sakin aclıqdan əziyyət çəkir.

Hesabata görə, Afrikanın 20, Asiyanın 11,7, Latın Amerikası və Karib dənizi bölgəsinin 6,6 faizi qida çatışmazlığı ilə üz-üzədir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...