Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dünyada Aşura günü belə qeyd olundu – VİDEO

Ən izdihamlı nümayiş İraqın Kərbəla şəhərində yaşanıb…

Aşura günü müsəlman dünyasında izdihamlı görüntülərlə yadda qalıb.

İranın paytaxtı Tehranda yüz minlərlə insanın iştirakı ilə keçirilən mərasim ənənəvi nümayişlərlə müşayət olunub. Mərkəzi küçələrdə ağı və mərsiyələr deyən insanlar zəncir vurub, İmam Hüseynin qətlinə səbəb olanlara isə lənət oxuyublar.

Pakistanın paytaxtı İslamabadda da Aşura günü xüsusi qeyd edilib. Azyaşlıların mərsiyə deyərək çılpaq sinələrinə vurması isə diqqət çəkən məqamlardan olub. Hətta yürüş çərçivəsində bir qrup fəal ABŞ və İsrail bayraqlarını yandırıb.

Ən izdihamlı nümayiş isə İraqın Kərbəla şəhərində keçirilib. Məlumata görə, yürüşə yarım milyon insan qatılıb.

“Din.az”  Dünya şiələrinin keçirdiyi Aşura gününü videoda təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...