Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dünyada ən çox oxunan kitab Qurani Kərim oldu

İncil ikinci sırada yer alır …

Bu gün Ümumdünya kitab günüdür. 1996-cı ilin 23 aprelindən qeyd olunan bu bayram maarifçilik və mədəni ənənələrin inkişafı, kitabların həyatımızdakı önəmini vurğulamaq məqsədi daşıyır.

Din.az bildirir ki, dünyada ən çox kitab oxuyan ölkə Hindistan, ən çox oxunan kitab isə Qurani Kərim olub.
Məlumata görə, Hindistanda hər vətəndaş həftədə 10 saat 42 dəqiqə kitab oxuyur. İkinci sırada yer alan Tailandda bir nəfər təxminən həftədə 9 saat 24 dəqiqə, Çində isə xalq həftədə 8 saatını kitab oxuyaraq keçirir.

Dünyada ən çox oxunan kitab isə Qurani Kərim olub. İncil isə ikinci sırada yer alır.

Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun sözlərindən ibarət “Lider Maodan seçmə sözlər” də ən məşhur kitablar siyahısında üçüncü sırada yer alır.

Servantesin “Don Kixot” kitabı ilə Coan Roulinqin “Harry Potter” seriyası da dünyada ən çox oxunan ədəbiyyat əsərləri arasındadır. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...