"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Dünyada ilk universitet təsis edənin müsəlman qadın olduğunu bilirikmi?

Share Button

UNESCO və Ginnes Dünya Rekordları tərəfindən ilk və ən uzun müddət təhsil verən universitet kimi qeyd edilir.

İslam elm tarixilə bağlı çox bariz nümunələr vermək, bugünkü vəziyyətimizlə müqayisə etdiyimiz zaman insanı heyrətə salacaq dərəcədə çox şeyə şahidlik etmək mümkündür.

İslam elm tarixində bir çox qadın elm adamı vardır.

Məsələn, müsəlman intellektual qadın Fatimə əl-Fihri (IX əsr) ən qədim akademik dərəcə verən qurum, əl-Qaraouin Universitetinin (Mərakeş) qurucusudur.

859-cu ildə qurulan universitet, UNESCO və Ginnes Dünya Rekordları tərəfindən ilk və ən uzun müddət təhsil verən universitet kimi qeyd edilir.

Bu qurum dövrümüzə qədər fasiləsiz təhsil verməyə davam etmiş, İslam dünyasında böyük nüfuza malik bir çox müsəlman mütəfəkkiri məzun etmişdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir