Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dünyanın dörd bir yanında Ramazan mənzərələri – FOTO

Suriyalılar, bütün çətinliklərə rəğmən bu ayı niyyət eymək və ibadət içində keçirtmək üçün böyük səy göstərir

Ramazan ayı dünyanın dörd bir yanında müsəlmanlar tərəfindən böyük həyəcan ilə qarşılanıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın paytaxtı Şama yaxın Şərqi Qutada çətin şərtlərə və bombardman qorxusuna baxmayaraq insanlar Ramazan həyəcanını canlı tutmağa çalışırlar.

3 ilə yaxındır ki, işğalçı qüvvələrin əsarəti altında qalan bölgədə Ramazan ayı bazarlara canlanma gətirib. Suriyalıların bu ayda tərcih etdiyi “Mağruk” adı verilən lavaş və buna bənzər unlu məmulatlarla yanaşı biyan kökü və qaysıdan hazırlanan meyvə suları rəflərdəki yerini alıb.

Soyuducuları işlədəcək elektrikin olmadığı bölgədə insanlar uzun və isti bir gündən sonra iftarda soyuq su içə bilmək üçün buz parçaları alır.

Bölgədəki məscidlər də, bazarlar kimi dayanmaq bilməyən hücumlardan qorxmalarına baxmayaraq Qurani Kərim oxumaq və namazlarını camaatla qılmaq istəyən insanlarla doludur. Suriyalılar, bütün çətinliklərə rəğmən bu ayı niyyət eymək və ibadət içində keçirtmək üçün böyük səy göstərirlər.

“Din.az” Hindistan, Pakistan, Suriya, İraq, Əsqanıstan, Səudiyyə Ərəbistanı, Yəmən, Banqladeş, Filippin kimi bir sıra müsəlman ölkələrində qarşılanan Ramazan coşqusunu fotolarda təqdim edir:

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...