"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Dünyanın ən bahalı futbolçusu müsəlman oldu – FOTO

Share Button

Futbolçu məsciddə çəkilən şəklini paylaşıb…

Dünyanın ən bahalı futbolçusu olan “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Pogbanın müsəlman olduğu məlum olub.

“Din.az” xəbər verir ki, bu barədə “AzVision.az” “The Telegraph” nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən Qvineya əsilli futbolçu öz “İnstagram” səhifəsində məsciddə çəkilən fotosunu paylaşaraq “Qurban bayramınız mübarək” yazıb.

“The Telegraph” yazır ki, Pogba “Mançester”in sabiq müdafiəçisi Patris Evra ilə birgə bayramı qeyd edib.

Qeyd edək ki, bu yay Pol Poqbanın “Yuventus”dan “Mançester Yunayted”ə keçməsi ilə futbol tarixini yeni ən bahalı transferi gerçəkləşdi. Bu transfer üçün ingilislər İtaliya klubuna 2 il ərzində düz 105 milyon avro təzminat ödəyəcək.

P.Poqba özü isə yeni klubunda həftəyə 220 min funt sterlinq gəlir əldə edib. (təqribən 250 min avro). Transferdən 20 milyon avro isə futbolçunun agenti Mino Rayola ödənilib.

paulpogna51241 - Copy

manchester_uniteds_paul_pogba_156285

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir