Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Dünyanın ən böyük iftar süfrələri – FOTO

Share Button

25 min nəfərlik iftar süfrəsi ilə Ərəbistan birinci yerdədir

Dünyanın müxtəlif yerlərində açılan ən böyük 6 iftar süfrəsini təqdim edirik:

1. Ərəbistan Peyğəmbərin (s) ziyarətgahında (Məscidun Nəbi) təşkil olunmuş iftar 25 000 nəfər üçün nəzərdə tutulub. Təşkil olunmuş iftar menyusu sadədir: su, xurma və meyvələr.

2. İran İslam Respublikası İmam Rza (ə) ziyarətgahında təşkil olunmuş iftar süfrəsi isə 12 000 insan üçün nəzərdə tutulub. Menuyada xurma, su, plov, meyvə-tərəvəz olub.

3. Abu Dabidə “Zeyd” məscidində təşkil olunmuş iftar məclisində isə 20 000-dən, 25 000 kimi insan iştirak edib.

4. Müqəddəs Məkkə şəhərində təşkil olunmuş iftar süfrəsinin uzunluğu 12 000 metrə çatıb.

5. 140 milyon müsəlmanın yaşadığı Hindistanın “Jama” məscidində təşkil olunan iftar da digərlərindən geri qalmır.

6.Tatarıstanda “Kazan Arena”da təşkil olunmuş iftar süfrəsi də, dünyanın ən əzəmətli və böyük iftar süfrələri siyahısına daxil olub. Bu iftarda iştirak edənlərin sayı isə 10 000 nəfərə bərabər olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir