Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dünyanın ən böyük kitabxanası bu ölkədə açılacaq

Kitabxanaya gələnlərin gerçəkdən istədiklərini tapıb-tapmayacağı bəlli deyil…

İran, gənclərə ədəbiyyat sevgisi aşılamaq üçün Tehranda dünyanın ən böyük kitanxanasını açmağa hazırlaşır.

“Din.az” xəbər verir ki, layihənin gerçəkləşdirilməsi üçün ümumilikdə 3 milyon dolların xərclənəcəyi və 45 min kv.metrlik bir sahədə inşa ediləcəyi planlaşdırılır. Bu sahədə kitab satışı ilə birlikdə teatr səhnələrinin nümayişi üçün bir səhnə və alimlərin araşdırmaları üçün 4 araşdırma departamenti də tikiləcək. Layihəyə “Bağı-Kitab” (Kitab Bağçası” adı verilib.

Ginnesin Rekordlar kitabına görə, dünyanın ən böyük kitabxanası adının ən son sahibi Nyu Yorkdakı “Barners & Noble” idi. Bu tikili 14 min 330 kv metrlik ölçüsü ilə Tehranda inşa ediləcək kitabxananın 3-də biri boydadır.

Senzura ən böyük maneədir…

Düzdü, bu tikili İran xalqının diqqətini ədəbiyyata çəkəcək, lakin kitabxanaya gələnlərin gerçəkdən istədiklərini tapıb-tapmayacağı bəlli deyil. Çünki dövlət rəhbərliyi tərəfindən “qərb təbliğatı” olaraq müəyyən olunan bütün kitablar ölkədə qadağandır.

MÜZAKİRƏ

1 şərh Dünyanın ən böyük kitabxanası bu ölkədə açılacaq üçün

  1. Emin dedi:

    Kitabxananında 70% Əliyə r.a aid olar.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...