Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dünyanın ən böyük xalısı, çilçırağı bu məsciddədir

Şeyx Zeyd məscidinin tikintisi üçün 545 milyon dollar xərclənib

Dünyanın ən böyük xalısı Birləşmiş Ərəb Əmirliyinin ən böyük məscidi olan Şeyx Zeyd məscidinin əsas zalında yerləşir.

“Din.az” “zaman.az”a istinadən xəbər verir ki, bu zal ibadət üçün 7 min nəfər adam tutur. Xalının uzunluğu 133m, eni 48 m, çəkisi isə 48 min kq-dır.

İran rəssamı Əli Xalikinin layihəsi əsasında toxunmuş xalı üzərində 1200 nəfər toxucu, 20 texniki qrup və 30 fəhlə yarım il müddətində işləyib. Bu şedevrin ərsəyə gəlməsi üçün 35 ton yun və 12 ton pambıq sapdan istifadə olub. Dünyanın ən böyük xalısının qiyməti 8,2 milyon dollarla ölçülür. Ginnesin Rekordlar Kitabına düşən xalı İranın Xorasan vilayətinin Nişapur şəhərində toxunub. Xalının toxunması üçün sifariş BƏƏ hökuməti tərəfindən Əbu Dabidə 2007-ci ildə ziyarət üçün açılmış Şeyx Zeyd Böyük Məscidinin (“Sheihk Zayed Grand Mosgue”) böyük zalının döşənməsi məqsədilə verilib.

Zayed_Mosque8

Carpet-at-Sheikh-Zayed-Grand-Mosque-Prayer-Hall-Abu-Dhabi-UAE-Abu-Dhabi-United-Arab-Emirates-Picture

Məscidin tikintisinə BƏƏ-nin ilk prezidenti və qurucusu Şeyx Zeyd ibn Sultan Ən-Naxayanın şərəfinə 1998-ci ildə başlanılıb. O, 40 illik hakimiyyəti dövründə kasıb, köçəri, bədəvi knyazlıqlarını birləşdirərək, vaxtilə səhra olan bu yerlərdə müasir və dünyanın varlı dövlətlərindən birini yaradır. Sultan məscidin inşası bitənə qədər dünyasını dəyişdiyindən, onun məqbərəsi də bu ərazidə yerləşir. Xalının ölçüləri valehedicidir. Onunla bütöv bir futbol sahəsini döşəmək olar. Nəbati ornamentlə zəngin xalının ölçüləri 5 627 kvadratmetrdir. Xalını hazırlayan toxucular onun üzərində növbə ilə işləyiblər. İş prosesi ağır və zəhmət tələb edən olub. Xalıya 2268 min ilmə vurulub. Bu möhtəşəm xalı qırmızı, qızılı və yaşıl rəngin 25 müxtəlif çalarları ilə yüksəkkeyfiyyətli İran və Yeni Zelandiya istehsalı yun və pambıq ipliyindən istifadə edilməklə toxunub. Xalı üzərində işləyən toxuculara 2 milyon 300 min dollar büdcə ayrılıb. Bu məbləğ hər bir işçi üçün bərabər paylanıb. 9 hissədən ibarət olan xalı təyyarə ilə gətirilərək elə oradaca bütöv bir şəkildə tikilib.

86761990

126959901

Xalının ara sahəsində yaşıl fonda şəkəri, qızılı və qırmızı rəngdə olan günəşə bənzər 1 ədəd böyük səma cisimlərini xatırladan, 2 ədəd nisbətən ondan kiçik ölçülü və onların aralarında da 2 ədəd balaca göl yerləşir. Göllərin ətrafı sterilizə edilmiş Cənubi Azərbaycan və İran incəsənətinə xas olan piçək adlanan spiral formalı budaqların üzərinə səpələnmiş islimi ornamentləri, Şah Abbası gülü adlanan nəbati, nilufər gülləri və ləçək yatağı elementləri ilə zəngindir. Sanki yaşıl cənnət bağçasını xatırladan, fonda gözoxşayan, şux çalarlı müxtəlif formalı güllər çiçək açıb. Enli, qızılı rəngdə olan ana haşiyə bütün xalça boyu ara sahəni əhatə edərək, xalçaya yığcamlıq və gözəllik verir. Nəhəng namazlıq xalı yeni məscidin dəbdəbəli interyerinin bəzəyinə çevrilir.

Ginnesin Rekordlar Kitabına düşən çılçıraq

sheikh-zayed-grand-mosque-abu-dhabi_65450_990x742

2007-ci ilin Ramazan bayramında, mart ayından etibarən məscid rəsmi olaraq nəinki müsəlmanlara, eyni zamanda digər dinlərin nümayəndələri üçün də açıqdır. Möhtəşəm məscidin hündürlüyü 351 metrdir. Ərəb, fars və mavritan memarlıq üslubunun sintezi ilə tamamən ağ italyan mərmərdən inşa edilib. Onun 82 günbəzinin altında həmçinin Almaniya istehsalı olan 7 ədəd qızıl suyuna salınmış və Avstriya svarovski kristalları ilə işlənmiş incə, nəbati islimi formalı misdən düzəldilmiş ornamental çilçıraqlar da saxlanılmaqdadır.

chandelier-in-sheikh-zayed-mosque

17503134175_76e11a1954_o

sheikh-zayed-mosque

Ginnesin Rekordlar Kitabına düşən çilçıraq 15 metr hündürlüyü, 10 metr diametri, 8 ton ağırlığı ilə dünyanın ən böyük çilçırağı hesab olunur. Eyni dövrdə Qətər dövlətində ondan da böyük çilçıraq asılsa da, Şeyx Zeyd məscidindəki çilçıraq ən böyüyü olaraq qalmaqdadır.

Şeyx Zeyd məscidinin tikintisi üçün 545 milyon dollar xərclənib

Məsciddə eyni vaxtda 40 min nəfərin ibadət etməsi üçün imkan var. Əsas ibadət zalı 7 min nəfəri tutacaq böyüklükdədir. Əlavə 2 otaq isə yalnız qadınlar üçün nəzərdə tutulub. Buranın tutumu isə 1500 nəfərlikdir. Dünyanın 6 ən böyük məscidindən biri hesab olunan Şeyx Zeydin inşası üçün mühəndislər ABŞ-dan dəvət olunub.
Məscidin 4 tərəfində 4 ədəd ağ mərmərlə örtülü 115 metr hündürlüyündə minarə yerləşir. 82 ədəd 7 müxtəlif ölçüdə olan ağ günbəzlər mavi rəngli səmanın fonunda bərq vurur. Günbəzlərin daxili tərtibatı da mərmərlə işlənilib. Dünyanın ən böyük məscid günbəzi sayılan ən iri günbəzin hündürlüyü 75, diametri isə 32,2 metrdir. 17 400 kvadratmetr olan daxili həyət də Çin və İtaliyadan gətirilmiş rəngli və ağ mərmərlə döşənib.

30459

Şeyx Zeyd həm də Bəyaz (ağ ) məscid adlandırılır. Daxili tamamilə 20 min mərmər panellə əl işi olan lazurit, ametist, qırmızı qranat və mirvari kimi nadir və yarıqiymətli daşlardan Şərq üslubunda ornament və interyer tərtibati ilə zəngindir. 96 ədəd mərmər sütun məscidin daxilində, 1048 ədəd sütun isə xaricində yerləşir. Məscidin qiblə divarı 23 metr hündürlüyündə və 50 metr enindədir. Üzərinə Allahın 99 adı həkk edilib. Ələlxüsus da gecələr “1001gecə” nağıllarını xatırladan xüsusi işıq və səs effektləri quraşdırılıb.

Burada turistlər üçün ciddi olaraq “dress kod”a (xüsusi geyim) əməl olunmaqdadır. Kişi turistlər mütləq qol və ayaqları örtən uzun köynək və şalvar geyinməlidirlər. Qısa qol köynək və qısa şortlarla bura girmək qəti qadağandır. Qadınlar da həmçinin uzun geyimdə və başları örtülü şəkildə buranı ziyarət edə bilərlər. Məscidin ərazisində yemək yemək, içki içmək və siqaret çəkmək qadağandır. Məscidə giriş və ekskursiya isə pulsuzdur.

Təxmini hesablamalara görə, məscidin tikilişi və tərtibatı 545 milyon dollara başa gəlib. Buranın xarici gözəlliyinin və daxili zənginliyinin vəhdəti gözqamaşdırıcı və valehedicidir. Həqiqətən də, bir memarlıq və yüksək bədii zövq şedevri olan bu məscidin daxili atmosferi insan qəlbinə işıq və gözəlliklə yanaşı, ruha və şüura rahatlıq və hormoniya bəhş edərək bütün qorxu və narahatçılıqları alıb aparır. Mən deyərdim ki, bu möhtəşəm tikili, bəlkə də, memarlıq üslubu və ağ rəngli mərmərdən inşa olması ilə İslam dünyasının bir incisi, dünyanın 7 möcüzəsindən biri sayılan Hindistandakı Tac Mahal məqbərəsini xatırladır. “Zamanın yanağında donmuş göz yaşı” adlandırılan bu abidə haqqında isə gələn məqalələrdə söhbət açacayıq.

zayed_07

MÜZAKİRƏ

2 şərh Dünyanın ən böyük xalısı, çilçırağı bu məsciddədir üçün

  1. Vadar dedi:

    Bəh-bəh-bəh! Nə gözəl! Allah orda qılınan namazları və deyilən duaları qəbul etsin!

  2. Vadar dedi:

    Amma, bir əmma var axı. Bu qədər pulu ora qoymağa dəyərmi? Allah bilən məsləhətdir!

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...