Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

DÜNYANIN ƏN GİZLİ MƏSCİDİ HARADADIR? – FOTOLAR

Londonun mərkəzində yerləşən ibadətgah…

Fotolarda gördüyünüz bina dünyanın ən gizli məscidi kimi təqdim edilir.

Din.az bildirir ki, ilk baxışdan məscid olduğu qətiyyən ağla gəlməyən bu məkanın görüntüləri bir sıra ingilis və rusdilli İslam saytlarında yayılıb.

Həmin ibadətgah Londonun mərkəzində yerləşir və “The Burdett Estate” adlanır. Xəbərlərdə müasir(?) məscidlərin oxşar dizaynlarda tikilməsi təqdir olunur ki, onlar ətrafdakı tikililərdən seçilməsin. Məsciddə müsəlmanlar rahat şəkildə namaz qılır, müxtəlif tədbirlər keçirirlər. İbadətgahın “Feysbuk” səhifəsi də yaradılıb(https://www.facebook.com/BBCA.Masjid/).
P.S. Qoy din xadimləri, ilahiyyatçılar cavab versinlər: 1400 ildən çoxdur ki, artıq beyinlərdə formalaşmış, Şərq memarlığına xas tərtibatına zidd olaraq Qərb arxitekturasına uyğunlaşdırılımış dizaynda məscidlər tikilməsi doğrudurmu? Axı zahiri görünüş insanların psiologiya və xarakterini də tədricən dəyişir?.. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...