DÜNYANIN ƏN GÖZƏL MƏSCİDLƏRİ

Dünyanın ən gözəl məscidləri…
İslam dini dünya miqyasında etiqad olunma miqyasına görə, xristianlıqdan sonra ikincidir.
Dinimizə görə, məscid Allah Təalanın evidir. A24.Az bu dəfə dünyanın dörd bir tərəfindən yerləşən məscidləri araşdıraraq onların içərisindən memarlıq baxımından ən gözəllərini siyahı halında bir araya toplamışıq. Həmin məscidləri sizə təqdim edirik:
Şeyx Lütfullah Məscidi
Bu məscid İranın antik İsfahan şəhərində yerləşir. XVII əsrdə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə inşa edilib.
Sultan Məscidi
Bu məkan Sinqapurun ən önəmli məscidlərindən biridir. Məscid tikiləndən bu yana heç bir dəyişiklikliyə məruz qalmayıb. 1960-cı illərdə əsas zalda təmir işləri aparılıb. 1993-cü ildə isə son restavrasiya işləri edilib. 1975-ci il martın 14-dən etibarən milli abidə kimi qeydə alınıb.
Padşahi Məscidi
Lahor şəhərində yerləşən bu ibadətgah “padşah məscid”i hesab olunur. Moğol imperatoru Auranqzeb tərəfindən 1671-ci ildə tikilməyə başlayıb və 1973-cü ildə bitib. Pakistanın və Cənubi Asiyanın 2-ci ən böyük məscididir. Dünyanın ən böyük 5-ci məscididir. Əsas zalda 55 min nəfərin eyni anda namaz qılmaq imkanı var. 313 il, yəni 1673- 1986-cı illərdədanın ən böyük məscid kompleks olub.
Tac Ul məscidi – Hindistan
Hərfi mənasl tərcümədə belədir: “məscidlərin tacı”. Məscid binası hazırda İslam dərslərinin verildiyi məktəb kimi də istifadə olunur. Asiyanın ən böyük məscidlərindəndir. Məsciddə 18 mərtəbəli 8 güşəsi 2 minarə var. Kübbələr mərmərdən ucaldılıb. Binada həmçinin 3 dairəvi qübbə, cəlbedici sürunlarla bəzədilmiş uzun dəhliz və məmmər döşəmə var.
Feysala məscidi – Pakistan
Bu məscid dünyanın ən böyük 4-cü, cənub şərqi və cənub qərbi Asiyanın isə ən geniş məscididir. 1986-1993-cü illərdə dünyanın ən böyük məscidi olub. Pakistanın İslamabad şəhərində yerləşir.
Zahir məscidi – Malayziya
Malayziyanın Kedah ştatında yerləşir. Ölkənin ən qədim və ən böyük məscidlərindən biridir. 1912-ci ildə Sultan Tacəddinin oğlu Tunku Mahmud tərəfindən inşa edilib. Məscid İslamın 5 əsas qanununu simvolizə edən 5 qübbədən ibarətdir. Hər il bu binada dövlət çərçivəsində Quran oxuma yarışları keçirilir.
Sultan Ömər Əli Seyfəddin məscidi
Bruneyin paytaxtı Bandar-Seri-Beqavanedə yerləşir. Sakit okean sahilindəki Asiyanın ən gözəl məscidi olaraq qəbul edilib. Ölkənin ən önəmli turistik məkanlarından biridir. Müasir İslam memarlığının nümanəsi kimi göstərilən Sultan Ömər Əli Seyfəddin məscidi 1958-ci ildə tikilib. Məscid Bruney çayının üzərində salına süni platformada tikilib. Kompleks mərmər minarələrdən, ulduzlu qübbələrdən və geniş bağçadan ibarətdir. Məscid cənnəti simvolizə edən çoxlu ağac və güllərlə əhatələnb. Bura Moğol arxitekturasını və İtalyan stilini harmoniya edir.
II Həsən məscidi
Morokkonun Kasablanka şəhərində yerləşir. Dünyanın ən böyük 7-ci, ölkənin isə 1-ci məscididir. Ən hündür minarələrlə zənginləşdirilib – 210 metr. 1993-cü ildə inşası başa çatıb. 60 mərtəbəli minarənin başında lazer işığı var. Bu işıq Məkkə yolunu göstərir. Atlantik okeanın sahilində yerləşir. Divarlar əl işi bəzənmiş mərmərlərdən tikilib. 105.000 insan eyni zamanda ibadət edə bilər: 25 min nəfər məscidin içərisində, 80 min nəfər isə həyətdə.
Peyğəmbər (Nəbəvi) məscidi
Əsasən, “Peyğəmbər məscidi” adlandırılar. Məhəmməd peyğəmbər Mədinə gələn zaman tikilib. İslamın ən müqəddəs 2-ci məscidi hesab olunur. Tarixdə tikilən ikinci məsciddir. Hazırda dünyanın ən geniş 2-ci məscididir. Ən önəmli nöqtəsi Məhəmməd peyğəmbərin yaşadığı və dəfn olunduğu yerdir. 1279-cu ildə taxtadan tikilən günbəz 15-ci əsrdə və 1817-ci ildə əsaslı təmir olunub. Günbəz 1837-ci ildə yaşıl rəngə boyandığı üçün belə adlanır.
Əl-Həram məscidi
Səudiyyə Ərəbistanın Məkkə şəhərində yerləşən bu kompleksdə dünyanın ilk məscidi yerləşir. Dünyanın ən geniş məscididir. Cari strukturu 400.800 kv.m. ərazini əhatə edir. Həcc ziyarəti zamanı 4 milyon insan buranı ziyarət edir.