Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dünyanın ən rəngli məscidi – FOTOLAR

Nasir al-Mulk məscidinin rəngarəng quruluşu …

İranın Şiraz şəhərində yerləşən və “Çəhrayı məscid”olaraq da adlandırılan Nasir al-Mulk məscidi rəngarəng quruluşu ilə görənləri heyrətləndirir.

Din.az bildirir ki, məscidin cənub hissəsində yerləşən rəngli şüşələrdən səhər saatlarında içəridə görülən rənglər cəzbedici bir atmosfer yaradır. Bu səbəblə səhər saatlarında məsciddə ziyarətçi sayı çox olur.
Məscidin dekorativ şüşələrində çəhrayı rəng üstünlük təşkil etdiyinə və işığın bu rəngin hakimiyyətini daha çox hiss etdirdiyinə görə “Çəhrayı məscid” adlandırılır.

Məscid Qətər kralı Mirzə Həsən Əli Nasir Əl-Mülkün əmri ilə 1876-1888-ci illər arasında inşa edilib. / Metbuat.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...