Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dünyanın ən yaşlı hafizi Dağıstanda yaşayır – FOTO

Qusen Şıxəhmədoviç Şıxəhmədov – düynanın ən yaşlı hafizidir. “Din.az” “islamazeri.az”a istinadən xəbər verir ki, onun 120 yaşı tamam olub. Şıxəhmədov 1896-cı ildə Dağıstanın Qaytağ rayonunun Birkli kəndində anadan olub. Hazırda Qusen Mamedqala kəndində yaşayır. O, 120 yaşının olmasına baxmayaraq, hələ də uşaqlara Quran oxumağı öyrədir. Qusen hacı Şıxəhmədoviç 4 oğul və iki qız atasıdır. O, Urkarax kəndindəki […]

Qusen Şıxəhmədoviç Şıxəhmədov – düynanın ən yaşlı hafizidir.

“Din.az” “islamazeri.az”a istinadən xəbər verir ki, onun 120 yaşı tamam olub. Şıxəhmədov 1896-cı ildə Dağıstanın Qaytağ rayonunun Birkli kəndində anadan olub. Hazırda Qusen Mamedqala kəndində yaşayır. O, 120 yaşının olmasına baxmayaraq, hələ də uşaqlara Quran oxumağı öyrədir.

Qusen hacı Şıxəhmədoviç 4 oğul və iki qız atasıdır. O, Urkarax kəndindəki mədrəsədə təhsil alıb. 1936-cı ildə o ailəsi ilə birlikdə Qırğızıstanın Frunzən vilayətinin Voroşilovskiy rayonuna sürgün edilmişdi. 1941-ci ildə cəbhəyə çağırılıb. Orduda o minomyotçu kimi xidmət edib və döyüşlərin birində ayağını itirib.

Müharibə bitdikdən sonra, Qusen Hacı Mamedqalada 50 il imam işləyib və kənddə məscidin tikilməsinə nail olub. O, bütün ömrü boyu çoxlu kitab oxuyur və oxumaqdadır. Və əlbətdə ki, onun həyatının əsas kitabı Qurandır. Bəlkə də, bu onun uzunömürlülük sirlərindən biridir.

-36007 (1)

hafizi-quran

6Z3P2S3Y8C6K

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...