Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dünyanın məşhur müsəlman futbolçuları – FOTO

Futbola həvəslə baxırsız, amma futbolçular arasında hansının müsəlman olduğunu bilmirsiz?  “Din.az” “müstəqil.az”a istinadən xəbər verir ki, müsəlman futbolçuların sayı heç də az deyil və artmaqdadır. 1. Zinəddin Zidan Fransanın əlcəzairli futbolçusu. Valideynləri İsmayıl və Malikə 1953-cü ildə Əlcəzairin Kabiliyə bölgəsindən Fransanın paytaxtı Parisə miqrasiya edib. Atası burada iş tapa bilmədiyi üçün Marselə köçüblər. 2.Məsud Özil […]

Futbola həvəslə baxırsız, amma futbolçular arasında hansının müsəlman olduğunu bilmirsiz

“Din.az” “müstəqil.az”a istinadən xəbər verir ki, müsəlman futbolçuların sayı heç də az deyil və artmaqdadır.

1. Zinəddin Zidan
Fransanın əlcəzairli futbolçusu. Valideynləri İsmayıl və Malikə 1953-cü ildə Əlcəzairin Kabiliyə bölgəsindən Fransanın paytaxtı Parisə miqrasiya edib. Atası burada iş tapa bilmədiyi üçün Marselə köçüblər.

b23030

2.Məsud Özil
Almaniya milli futbol komandasının və “Arsenal”ın yarımmüdafiəçisi. Türk əsilli alman futbolçu. Türkiyə Milli Futbol Komandasından dəvət gəlməsinə baxmayaraq, Məsud Özil Almaniya Milli Futbol Komandasında çıxış etmə qərarı vermişdir. Məsud, Real Madrid klubuna imza atan ilk türk əsilli Alman futbolçu olmuşdur.

7b66b9

3.Tyerri Anri
Tyerri Anri islam dinini 2006-cı ildə qəbul etmişdir. İslam dininə marağı onda məşhur fransız futbolçu Frank Riberi oyatmışdır. Anri 1977-ci ildə Parisdə çox kasıb ailədə böyümüşdür.

e1ybhyfE1IE

4.Frank (Bilal) Riberi

Fransa millisinin və «Bayern» (Münhen) klubunun futbolçusu, 2012/2013-cü ilin Avropanın ən yaxşı futbolçusu seçilmişdir. Frank müsəlmanlığı əlcəzairli həyat yoldaşı Vahibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul edib və adını dəyişdirərək Bilal qoyub.

72357c

5.Kərim Benzema
Əlcəzair əsilli Fransa futbolçusu. Kərim Lion şəhərinə miqrasiya edilmiş kasıb əlcəzairli ailədə böyüyüb. 2009-cu ildə 35 milyon avro qarşılığında “Real-Madrid” klubuna transfer olunmuşdur.

1410

6.Samir Nəsri
Fransada onu “Yeni Zidan” adlandırırlar. Nəsri Fransada əlcəzairli ailədə müsəlman ruhuyla böyümüşdür. Hazırda “Manchester City” klubunun oyunçusudur.

4cec74

7.Didye Drogba
Kot-Divuar futbolçusu, Türkiyənin “Qalatasaray” klubunun hücumçusu və Kot-Divuar milli futbol komandasının kapitanıdır. Didye Droqba 1978-ci il martın 11-də Kot-Divuarda anadan olub. «Tito» ləqəbli oğlan 5 yaşında ikən əmisi ilə birgə Fransaya gəlir. Fransada futbolun sirlərinə yiyələnməyə başlayan «Tito» ilk peşəkar müqaviləsini 1998-ci ildə “Le-Man” klubu ilə bağlayır.

1_4898

8.Robin Van Persie
Faslı Büşra adlı qadınla evlənib müsəlmanlığı qəbul etdiyi söylənilir. Amma bu barədə Hollandiya futbolçusu Van Persie özü heç bir məlumat verməmişdir.

1903ad

9.Erik Abidal
O da bir “Bilal”. İslamı qəbul etdikdən sonra Bilal ləqəbi götürmüşdür. Martinika əsilli Fransa Milli Futbol komandasının oyunçusu Abidal 2006-cı ildə müsəlman olduğunu rəsmən elan etmişdir.

f2ae37

10.Kolo Toure (Yaya)
Fildişi sahilllərindən olan futbolçu hazırda Arsenalın əsas oyunçularından hesab olunur. Dünya futbolunun son dövrdə gördüyü ən yaxşı stoperlər arasında göstərilir.

292856_heroa

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...