Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dünyanın türk-islam birliyinə ciddi ehtiyacı var – Yalçın Topçu

“Tarixdə türk-islam mədəniyyətinin güclü olduğu dövrlərdə millətlər və dinlərin nümayəndələri əmin-amanlıqda yaşayıblar”.

Bəşəriyyətin türk-islam birliyinə, mədəniyyətinə və bu mədəniyyətdən doğan ədalətə ehtiyacı var.

Din.az bildirir ki, bunu Trend-ə müsahibəsində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu bildirib ki, enerji mənbələri, insan potensialı və coğrafi mövqe baxımından türkdilli dövlətlər əsrimizin ən güclü birliyini qurmaq potensialına sahibdirlər:

“İnanıram ki, rifah və sabitliyə müsbət mənada təsir edə biləcək bu birliyə dünyanın da ciddi ehtiyacı var”.

Baş müşavirin sözlərinə görə, tarixdə türk-islam mədəniyyətinin güclü olduğu dövrlərdə heç vaxt digər millətlər və dinlərin nümayəndələri ayrı-seçkiliyə məruz qalmayıb və əmin-amanlıqda yaşayıblar:

“Bu gün məzlumların halı göz qabağındadır. Tarix göstərir ki, bəşəriyyətin yenidən bizim mədəniyyətimizə və ədalətimizə ciddi ehtiyacı var”.

Y.Topçu əlavə edib ki, müstəqilliklərini əldə etdikdən sonrakı 27 il müddətində türkdilli dövlətlər arasında bütün sahələrdə möhkəm əlaqələr qurulub:

“Müstəqillik illərində türkdilli dövlətlər bir çox sahələrdə əməkdaşlıq edərək vətəndaşlarının gələcəyinə yönəlmiş mühüm layihələr həyata keçiriblər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...