Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Düz 31 ildi fasiləsiz oruc tutur – Özümü yaxşı hiss edirəm

“Oruclu olduğum zaman ömrünün yarısından çoxdur”.

Türkiyənin Kocaeli bölgəsində yaşayan 52 yaşlı Osman Ay 30 ildir fasiləsiz oruc tutduğu üçün ətrafda “oruc tutan adam” olaraq tanınır.


Din.az bildirir ki, market sahibi olan Osman Ay alış-verişə gələn insanlara Ramazan ayında oruc tutmaqla bağlı məsləhətlər verib. O, insanlara təkcə Ramazan ayında deyil, başqa vaxtlarda da oruc tutmağı məsləhət görüb. Marketdə boş qaldığı zamanlarda uşaqlar üçün məlumatlandırıcı rəsmlər çəkib, yazılar yazan Osman Ayın 31 ildir oruc tutduğunu öyrənən vətəndaşlar isə təəccübünü gizlədə bilmir.
Oruclu olduğu zamanın ömrünün yarısından çox olduğunu deyən Ay bu müddətdə çətinlik çəkdiyini, amma heç bir sağlamlıq problemi yaşamadığını bildirib. / Metbuat.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...