Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Əbu Bəkr” məscidi yenidən fəaliyyətə başlayacaq

“Məscidin fəaliyyətinin dayandırılması hələlik oradakı tikinti işləri ilə bağlıdır”.

“Əbu Bəkir” məscidi təhlükəsizlik tam təmin edildikdən sonra fəaliyyətə başlayacaq.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Komitə rəsmisi deyib ki, məscidin minarəsi qəzalı vəziyyətdədir: “Hazırda aidiyyatı qurumlar tərəfindən minarənin özülünün qiymətləndirilmə prosesi gedir. Əgər onu bərpa etmək, möhkəmləndirmək mümkün olarsa, tikinti işləri həyata keçiriləcək. Mümkün olmasa, minarə söküləcək. Məscidin fəaliyyətinin dayandırılması hələlik oradakı tikinti işləri ilə bağlıdır. Minarə sökülsə belə, təhlükəsizlik təmin edildikdən sonra məscid fəaliyyət göstərəcək”.

Qeyd edək ki, 2008-ci ilin 17 avqust tarixində “Əbu Bəkr” məscidinə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...