Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Əbu-Dabi polisinin hərəkətləri turist qadını İslamı qəbul etməyə ruhlandırıb

Hollandiyalı turist qadın İslam dinini seçdi.

Birləşmiş Ərəb Əmirliklərinə gəlmiş hollandiyalı turist qadın polisin nümunəvi davranışı nəticəsində İslam dinini qəbul edib.

Din.az bildirir ki, Əbu-Dabi polisinin tolerantlığından və sivil yanaşmasından ürəkdən təsirlənən turist Kristina Dafano müsəlman olmaq qərarına gəlib və kəlmeyi-şəhadətini söyləyəndən sonra adını dəyişərək Nura edib.

Bəyanatda qeyd edilir ki, turst qadın böyük Şeyx Zayed məscidi ilə maraqlanaraq oraya getmək istəyimiş. Polis turist qadını nəinki oraya yönəldib, həm də məscid idarəsi ilə qadının yanına gəlib ona İslamda dözümlülük və dinc yanaşı yaşamaq ideyaları barədə danışılması üçün əlaqə saxlayıb.

Polis polkovniki Əhməd Al Mazraui Əbu-Dabidə təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə polislərin dözümlülüyü peşə standartına çevirmək cəhdini xüsusilə vurğulayıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...