Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Əflatun Amaşov: Bəzi ailələrdə uşaqlara dini xurafata əsaslanan fikirlər aşılanır

“Həyat bilgisi” dərsliyində İslam dini haqqında düzgün məlumatlar aşılanır”.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb, lakin qanun layihəsinə “dini xurafat” anlayışının əlavə edilməsini təklif edərdim”.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Ə.Amaşovun fikrincə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafata əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir.

Məktəblərdə “Həyat bilgisi” dərsinin keçirilməsinin müsbət hal olduğunu bildirən deputat vurğulayıb ki, sözügedən dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır: “Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi dini xurafata qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva da qanun layihəsi haqqında müsbət fikirlərini bildirib. O qeyd edib ki, məktəblərdə uşaqlar marrifləndirilməli, onlara zərərli informasiyalardan qorunmağın yolları öyrədilməlidir:

“Məktəblərdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi zəruridir. Lakin burada valideynlər də uşaqları ilə yaxından maraqlanmalı, onları zərərli informasiyalardan qorumalıdır. Hesab edirəm ki, qanun layihəsi yaxın zamanda qüvvəyə minəcək və güclü şəkildə çalışacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...