Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Əflatun Amaşov: “Radikal dini cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır”

“Ölkədə sabitliyin pozulması üçün əsas təhlükə radikal dini cərəyanlardan gəlir”.

“Bəzi qüvvələr sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa və İslami dəyərlərin hakim olduğu İslam dövlətinə çevirməyə çalışırlar. Odur ki, problemimiz radikal dini cərayanlarla bağlıdır”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Dini qurumlar və sosial media” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkədə sabitliyin pozulması üçün əsas təhlükə radikal dini cərəyanlardan və ideologiyalardan gəlir: “Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır. Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşğuldur. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır”.

Ə.Amaşov qeyd edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan mətbuat orqanları, əsasən də sosial şəbəkələr vasitəsilə yayılır.

Şura sədri bildirib ki, hazırda Azərbaycan “Mətbuat Şurası haqqında” qanun layihəsi üzərində işlənir və qanunda vətındaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır: “Radikal dini cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır, bu birmənalı qaydadır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...