Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Əfqanıstanda FETÖ əməliyyatı: Türkiyə təhvil aldı…

FETÖ-yə məxsus liseyə basqın edilib.

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin qərbindəki Herat şəhərində FETÖ-yə məxsus liseyə basqın edib.

Din.az xəbər verir ki, FETÖ-çuların təxribata əl atması nəticəsində tələbələr ayağa qalxaraq təhlükəsizlik orqanlarına mane olmağa cəhd göstərib. Buna baxmayaraq, təhlükəsizlik orqanları liseyin idarəsini FETÖ-çulardan təhvil alıb.

Herat valiliyinin sözçüsü Ceylani Fərhadın sözlərinə görə, Əfqanıstanla Türkiyə arasında saziş var və bu sazişə əsasən məktəblərin idarəsi əvvəlcə əfqan hökumətinə, daha sonra isə Türkiyə Maarif Fonduna verilməlidir. Əməliyyat bu istiqamətdə keçirilib və hazırda idarəetmənin Türkiyə Maarif Fonduna verilməsi üçün rəsmi prosedur başladılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...