Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Əfqanıstanda professor yüzlərlə tələbəni İŞİD-ə cəlb edib – VİDEO

Mütəvəkkilin hesabında yüzlərlə cəlb edilən tələbə var.

Kabil universitetlərindən birində müəllim kimi fəaliyyət göstərən şəxs tələbələri İŞİD terror qruplaşmasının sıralarına cəlb etməkdə ittiham edilərək yerli kəşfiyyat orqanları tərəfindən saxlanılıb.

Din.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Direktoratı (NDS) məlumat yayıb.

“Milli Təhlükəsizlik Direktoratının təhlükəsizlik xidmətləri Kabilin 5-ci rayonu ərazisində insanları İŞİD terrorçu qrupuna cəlb etmək üzrə məsul olan şəxsin tutulması üçün əməliyyat keçirib. Şeyx Məhəmməd Ruhani məscidinin imamı və universitet professoru Əbu Abdulla Mütəvəkkil gənc insanları İŞİD-ə cəlb edib”, – deyə Əfqanıstan kəşfiyyatının rəsmi “Facebook” səhifəsinə yerləşdirilən bəyanatda bildirilir.

Kəşfiyyatın məlumatına görə, Mütəvəkkilin hesabında yüzlərlə cəlb edilən tələbə var ki, onlar İŞİD-in Nanqarhar əyalətindəki bölməsinə göndəriliblər.

Kəşfiyyat orqanları professorun 16 tələbəsini terrorçuluq və hökumət əleyhinə fəaliyyətə görə yaxalamaq müvəffəq olub. / Report.az

بازداشت مسؤل جلب و جذب گروه تروریستی داعش در شهر کابلکابل: 20 دلو 1397نیروهای قطعات خاص ریاست عمومی امنیت ملی در یک عملیات خاص ‌مسؤل جلب و جذب گروه تروریستی داعش را ازمربوطات ناحیه پنجم شهر کابل بازداشت نموده است. ابوعبیدالله متوکل استاد پوهنتون و خطیب مسجد جامع شیخ محمدی ها ( روحانی) بدستور گروه تروریستی داعش مسؤلیت جلب و جذب جوانان را به آن گروه به عهده داشت. نامبرده تا اکنون صدها جوان تحصیل کرده را بطور مخفیانه به گروه تروریستی داعش جذب و به ولایت ننگرهاراعزام نموده است.شانزده تن از شاگردان موصوف افراد گروه تروریستی داعش بوده، که توسط ریاست عمومی امنیت ملی از محلات مختلف شهر کابل بجرم فعالیت های هراس افگنی و ضد دولتی بازداشت گردیده، اعتراف نموده اند که توسط شیخ ابوعبیدالله متوکل به صفوف گروه تروریستی داعش تشویق، ترغیب و جذب گردیده اند. قابل ذکر است که پسر دومی ابو عبیدالله متوکل به اسم احمدالله در ماه ثور سال 1397 به گروه داعش جذب و اکنون در کتیبه اشپال در ولایت ننگرهار مصروف فعالیت های تخریبی وتروریستی می باشد.قابل یادهانیست که برادر زاده متوکل اسامی اسدالله به اسم مستعار « عبدالغفور » با پسر ابوعبیدالله یکجا به گروه تروریستی داعش جذب که به اساس اعترافات عبیدالله متوکل برادرزاده‌اش اسامی اسدالله حدود دو ماه قبل عمل انتحاری را در شهر کابل انجام داده است.

Gepostet von NDS Afghanistan am Samstag, 9. Februar 2019

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...