Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Əfqanıstanda qanlı silsilə terror: Din alimləri hədəfdə

İlahiyyatçı alimlərin toplantısı zamanı terror aktları törədilib.

Kabulda iki partlayış baş törədilib.

Din.az bildirir ki, Əfqanıstanda silsilə terror aktları törədilib.

İlk partlayış paytaxt Kabul şəhərindəki universitetin yaxınlığında baş verib. Hadisə ilahiyyatçı alimlərin toplantısı zamanı törədilib.

Hücum nəticəsində 14 nəfər dünyasını dəyişib, 17 nəfər isə yaralanıb.

Polisin məlumatına görə, hücumu terrorçu kamikadze törədib.

Həmçinin şahidlərə istinadən bildirilir ki, partlayış alimlər iclasın keçirildiyi çadırı tərk edən zaman baş verib. Sözügedən iclas zamanı alimlər ölkədəki münaqişəni pisləyən fitva çıxarıblar.

2-ci partlayış isə yenə paytaxtda baş verib. Bu hadisədə isə 3 nəfəri yaralanıb. Terror qarpız daşıyan nəqliyyat vasitəsinin partlaması nəticəsində baş verib. Hadisənin digər təfərrüatları araşdırılır.

Hələ ki, heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...