Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“Əgər Hacı Allahşükür Paşazadə olmasaydı, bu cür fotoları çəkə bilməzdim…”

“Hacı Allah Şükür Paşazadə tapşırdı ki, buradakı fotoları çəkim”.

Qarşıdan 20 Yanvar hadisəsinin 19-cu ildönümü gəlir. Moderator.az-ın əməkdaşı həmin faciənin canlı şahidi, tanınmış fotoqraf Tahir Cəfərovla görüşüb.

Qeyd:

Tahir Cəfərov 1948-ci ildə anadan olub. Bu gün o, Azərbaycanda tanınmış foto-muxbirdir. Qanlı Yanvar hadisəsi zamanı ayın 19-dan 23-nə kimi paytaxt Bakıda həmin hadisələri kamerasının yaddaşına köçürüb. Özünün dediyinə görə, 20 yanvar hadisəsindən bəhs edən 900 ədəd foto çəkib.

Din.az Moderator.az-ın əməkdaşının Tahir Cəfərovla Qanlı Yanvar haqqında söhbətini təqdim edir:

Yazının birinci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz: (http://www.moderator.az/news/254972.html?fbclid=IwAR1gatbE_40vUv25bvMXXUNkK0JRSGSzaLL5UlmTFSKeIm_JLtwOtJrOeJE )

“Yanvarın 19-dan 20-nə keçən gecə “Salyanski” kazarmanın qarşısında rus ordusu insanları qətlə yetirmişdi. Həmçinin “Salyanski” kazarmasından Mərkəzi Dənizçilər Xəstəxanasını atəşə tuturdular. Bunun öz gözlərimlə şahidi olmuşam. Rus ordusu şəhərin bir çox hissələrində vəhşiliklər törətdilər. 20 yanvar günü alaqaranlıqdan durub şəhərdəki qətliamın fotolarını çəkməyə başladım. Prezident Aparatının qarşısında çəkdiyim foto ən yaxşı kadrlarımdan biri idi. “Salyanski” kazarmasının qarşısında bir çala qazıb meyitləri ora doldurmuşdular.

Təzəpir məscidinin həyətində insan əlindən yer yox idi və Hacı Allah Şükür Paşazadə tapşırdı ki, buradakı fotoları çəkim. Əgər Hacı Allahşükür Paşazadə olmasaydı, bu cür fotoları çəkə bilməzdim. Rusların keşişi Şeyxin yanına gəldi və biz birlikdə 1 saylı Klinik Tibbi Mərkəzə (Semaşko) getdik. Oradan da insanların qarşısına çıxdıq. Keşiş orada çıxış edib rus ordusuna dedi ki, “Heç utanmırsınız?! Siz elə bir qətliam törətmisiniz ki, bu haqda təsəvvür belə etmək olmur. Siz Azərbaycanla-Rusiya arasındakı böyük dostluğa xələl gətirdiniz. Biz həmişə bir-birimizə hörmətlə yanaşmışıq”. Çox gözəl bir görüş oldu meydanda.

“Salyanski” kazarmanın qarşısında böyük təlatüm var idi, ora insanlar gəlməyə qorxurdular. Avtobuslar, trolleybuslar darmadağın olmuşdu. Meyitlər dolu idi. Şeyx məni məscidə çağırıb dedi ki, “İki nəfər qonaq gəlib, onları apar hadisə yerlərinə baxsınlar”. Dedim ki, Şeyx həzrətləri siz bilirsiniz ki, o qonaqlar kimdir? Dedi ki, xeyr. Dedim ki, onlar Moskvadan gəliblər milliyətçə ermənidilər və Qarbaçovun yaxın adamlarıdır. Şeyxə bunları deyəndə tapşırdı ki, “Heç kimə bir sözə demə, yoxsa onlara hücum edərlər”.

20 yanvar haqqında təxminən 900 ədəd kadr çəkdim. Yanvarın 23-də albomu hazırlayıb Elmira Qafarova Moskvaya gedəndə həmin albomu ona verdik. E.Qafarova albomu Qarbaçova verəndə deyib ki, “Siz hara, biz hara? Bizə saxta fotolar təqdim edirsiniz ki, biz onu qəbul edək?”. E.Qafarova deyib ki, bu saxta deyil açın, baxın, sizin adamlarınız da həmin fotolarda var. Elmira xanım Qarbaçova deyəndə ki, sizin də adamlarınız orada olub. Qarbaçov tez albomu açaraq fotolara baxıb.

Bundan başqa yeddi albom hazırlayıb Şeyxin köməkliyi ilə səfirliklərə verərək ərəb ölkələrinə göndərdik. Albomları bir günün içində hazırladım. Sağ olsunlar, bizim foto laboratoriyada olan adamlar mənə yaxından kömək etdilər. Hansı ki, milliyətcə hamısı da rus idilər, onların bəzilərini evimdə gizlətmişəm ki, toxunmasınlar. Qorxurduq ki, onları da öldürərlər. Təkcə Təzəpir məscidində 30-a yaxın meyit var idi. Meyitlər dəlik-deşik idi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...