Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Əgər mən Ramzanın əmisiyəmsə…” – Qafqazın şeyxi – VİDEO

Qafqazın şeyxi Allahşükür Paşazədə münaqişəyə münasibət bildirərək nöqtə qoyub.

Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insidentə bir neçə gündür ki, ən yüksək səviyyədə münasibət bildirilir. Rusiya paytaxtında hər iki tərəfin rəsmi şəxsləri arasında görüş olub.

Bütün Qafqazın şeyxi Allahşükür Paşazədə də məsələyə münasibət bildirərək nöqtə qoyub.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, o, Real TV-yə açıqlamasında hər iki xalq arasında qardaşlıq münasibəti olduğunu qeyd edib:

“Prezident İlham Əliyevlə danışandan sonra vəziyyətin nə yerdə olduğunu öyrəndim. Cənab prezident mənə bəzi göstərişlər verdi. Buna əsasən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə danışdım. Sonra birbaşa özüm Çeçenistanın rəhbərliyi ilə danışıqlar apardım. Həmin an Çeçenistan rəhbərliyi Dubayda idi, ölkənin muftisi isə İraqa uçurdu. Mən vəziyyətin bu şəkildə olmasını onlara deyəndə müəyyən məsələlərdən xəbərləri var idi. Mən onlara prezident İlham Əliyevin salamlarını çatdırdım və bu məsələdən narahat olduğunu bildirdim. Mənim sözümdən sonra mufti İraqa uçanda hava limanından onu Qroznıya geri qaytardılar.

Çeçenistan lideri Ramzan Kadırov öz əmisinin yanında məni qucaqlayıb “əmi” deyir. Əgər mən əmiyəmsə, hər iki dövlətin, xalqın nümayəndələrinə müraciət etməyə haqqım var. Müraciət edirəm ki, bütün Qafqaz xalqı qardaş kimi olmalıdır. Bizi birləşdirən səbəblər daha çoxdur. Bizi bir-birimizdən ayırmaq istəyirlər, təkləyib məhv etmək istəyirlər. Onlara qarşı birgə mübarizə aparmalıyıq”.

https://daytube.az/az/videos/79951/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...