Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Əhmədinejad etiraz üçün Tehranda küçəyə çıxdı – FOTO

İmamzadə Salih türbəsi qarşısında etiraz aksiyası keçirilib.

İranın sabiq prezidenti Əhmədinejad ətrafında olan bir qrup insanlarla köməkçilərinin həbs edilməsinə etiraz etmək üçün paytaxt Tehranda nümayiş keçirib.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mahmud Əhmədinejad köməkçiləri olan Hamid Bakayi və İsfəndiyar Rahim Meşainin həbs olunmasını İmamzadə Salih türbəsinin qarşısında toplaşaraq etiraz edib.

Tehranda yerləşən İmamzadə Salih türbəsi qarşısında toplaşan bir qrup insan Məclis sədri Ali Laricani və qardaşı məhkəmə sədri Sadiq Laricani əleyhinə şüarlar səsləndirib. Nümayişin münaqişəsiz sona çatdığı bildirilib.

Qeyd edək ki, İranın sabiq prezidenti Əhmədinejadın köməkçisi Hamid Bakayi korrupsiya iddiası ilə mühakimə edilərək 15 il həbs və 80 qırmanc cəzasına məhkum edilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...