Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Əhmədinejad Miladı ermənilərlə qeyd etdi

“İrandakı erməni icması Miladı qeyd edib”.

İranın eks-prezidenti Mahmud Əhmədinejad Milad bayramını İrandakı erməni icmasıyla birgə keçirib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə o öz Tvitter səhifəsində məlumat yayıb.

“İrandakı erməni icması Miladı qeyd edir. Mən onlarla birgə bayramda iştirak edib, çoxlu möhtəşəm insanlarla görüşdüm”, – deyə o paylaşımında bildirib.

Qeyd edək ki, pravoslavlar Miladı ötən gün qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...