Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ƏKİZLƏRİN ana bətnində MARAQLI SÖHBƏTİ

Ekizlərdən biri: “Mən heç bir ana filan görməmişəm, görmədiyim şeyə də inanmıram. Odur ki, əminəm ki, ana filan yoxdur”.

Hamilə qadının bətnindəki iki əkiz uşaqlardan biri o birindən soruşur:

– Sən doğuşdan sonrakı həyata inanırsan?

– Əlbəttə, inanıram! Hamıya aydındır ki, doğuşdan sonra həyat var. Biz burda ona gorəyik ki, güclənək, doğuşdan sonraki həyata hazır olaq.

– Boş söhbətdi. Doğuşdan sonra həyat ola bilməz. Olmuş olsaydı kimsə qayıdıb deyərdi orda həyat var. Sən fərz eləyə bilirsən orda həyat necədi?

– Mən bütün detalları bilmirəm, amma inanıram ki, orda daha çox işıq olacaq, biz özümüz gəzəcəyik, öz ağzımızla yeyəcəyik və s.

– Nə nağıl danışırsan? Adam özü necə yeriyər, adam necə öz ağzı ilə yeyər? Gülməlidir! Bizim göbəyimiz var hansı ki, bizi qidalandırır. Bilirsən, doğuşdan sonra həyat filan yoxdur.

– Mən əminəm ki, bu mümkündur. Sadəcə olaraq hər şey bir az başqa cür olacaq. Bunu fərz eləmək mümkündür.

– Axı ordan hələ heç kim qayıtmayıb. Həyat sadece olaraq doğuşla bitir. Bu qədər… Ümumiyyətlə, həyat bu zülmətin içindəki zillətdən ibarətdir.

– Yox! Mən bilirəm, doğuşdan sonrakı həyat necə olacaq, amma əminəm ki, biz ananı görəcəyik və o, bizim qayğımızı çəkəcək.

– Ananı? Sən inanırsan ki, ana var? Varsa bəs o hardadı?

– O, hər yerdədi, bizi əhatə edib və onun sayəsində hərəkət edirik, yaşayırıq, onsuz biz mövcud ola bilmərik.

– Cəfəngiyyatdı! Mən heç bir ana filan görməmişəm, görmədiyim şeyə də inanmıram. Odur ki, əminəm ki, ana filan yoxdur.

– Səninlə razılaşa bilmərəm. Onu hiss eləmək olur axı o necə bizim dünyamıza sığal çəkir. Mən qəti əminəm ki, bizim əsl həyatımız doğuşdan sonra başlayır.

-Deyirsən, ancaq sübutun yoxdur…

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...