Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ekspert: “Ərəb turistlər Azərbaycana həm də biznes qurmaq üçün gəlirlər”

Ərəb ölkələrindən gələn turistlərin sayında çoxalma müşahidə olunur.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, ərəb turistlərin sayında hər il müşahidə olunan artım gələcəkdə onların sayının digər ölkələrdən olanları üstələyə biləcəyini göstərir.

Ölkəmizə gələn əcnəbilərin çoxunun səfəri istirahət, əyləncə turizmidir. Azərbaycan vətəndaşları isə xaricə daha çox işgüzar məqsədlərlə səfər edirlər. 2017-ci ildə Azərbaycana gələn 2 696,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 2 454 min nəfəri ölkəyə turizm məqsədilə səfər edib.


Din.az-ın xəbərinə əsasən, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, son iki ildə ərəb ölkələrindən gələn turistlərin sayında çoxalma müşahidə olunur:

“Ərəb ölkələrindən gələn turistlərin sayı ümumi göstəricidə qonşu ölkələrdən gələnləri üstələmir. Azərbaycan ən çox Rusiya, Gürcüstan, İran və Türkiyə ilə turist mübadiləsi edir. Ərəb turistlərin sayında hər il müşahidə olunan artım gələcəkdə onların sayının digər ölkələrdən olanları üstələyə biləcəyini göstərir. Azərbaycan ərəb turistləri üçün yeni bir dövlətdir. Ona görə də onlar bura maraq göstərirlər. Azərbaycana gələn ərəb turistlər burada sadəcə dincəlmək üçün deyil, həm də biznes qurmaq üçün gəlirlər”.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana gələn turistlərin arasında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşları üstünlük təşkil edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...