"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Əl-Əqsa məscidi hücuma məruz qalıb

Share Button

Bir qrup sionist qəsəbə sakini bu gün İsrail hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinə doğru yürüş ediblər. “Din.az” “deyerler.org”a istinadən xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, müsəlmanların ilk qibləgahına hörmətsizliyin davamında İsrail hərbçiləri tərəfindən himayə olunan sionist qəsəbə sakinləri çərşənbə axşamı Əl-Əqsa məscidinə daxil olublar. Məsciddə olan fələstinli tələbələr və namaz qılmaqla məşğul […]

Bir qrup sionist qəsəbə sakini bu gün İsrail hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinə doğru yürüş ediblər.

“Din.az” “deyerler.org”a istinadən xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, müsəlmanların ilk qibləgahına hörmətsizliyin davamında İsrail hərbçiləri tərəfindən himayə olunan sionist qəsəbə sakinləri çərşənbə axşamı Əl-Əqsa məscidinə daxil olublar.

Məsciddə olan fələstinli tələbələr və namaz qılmaqla məşğul olan insanlar sionistlərin bu hərəkətinə etiraz edərək, onları məsciddən çıxmağa məcbur ediblər.

Fələstinlilərin bu etirazının ardınca İsrail polisi və sionist qəsəbə sakinləri ilə fələstinlilər arasında toqquşma baş verib.

Sionist qəsəbə sakinlərinin Əl-Əqsa məscidinə qarşı intensiv xarakter daşıyan aqressiv davranışları və Əl-Əqsa məscidinin zaman və məkan baxımından müsəlmanlarla sionistlər arasında bölünməsi istiqamətində görülən işlər Qüds İntifazəsinin başlanmasına səbəb olub.

Qüds İntifazəsinin davam etdiyi müddət ərzində 215 fələstinli şəhid olub, minlərlə insan yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir