Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Əl-Əzhər imamının açıqlaması ölkədə qalmaqal yaradıb

“4 arvad almaq haqsızlıqdır”…

Misirdə Əl-Əzhərin imamı olan Şeyx Əhməd əl-Tayyipin açıqlaması ölkədə qalmaqala səbəb olub.

Din.az bildirir ki, Şeyx Əhməd çoxarvadlılıqla bağlı açıqlama verib.

“Çox arvad almaq qadınlara qarşı hörmətsizlikdir. Evlilik deyəndə çoxarvadlılıq fikrini müdafiə edənlər yanılırlar, Quranı oxumaq lazımdır”, – deyə Şeyx bildirib.

Qadın təşkilatları bu açıqlamanı dəstəkləsələr də, bir çox sosial şəbəkə istifadəçisi Şeyx Əhmədi tənqid edib.

Dövlət televiziyasında açıqlama verən əl-Tayyib davam edib:

“Tək arvadlılıq qanundur. Quranı tam anlamayanlar bu formada şərh edirlər. Bu anlayış həm qadınlara, həm də uşaqlara qarşı haqsızlıqdır. Qadınların problemləri həll edilməlidir. Qadınlar cəmiyyətin yarısını təşkil edirlər və onların problemini həll etməsək, bir ayaqla davam etmiş olarıq”.

Misirin Milli Qadın Şurası da Şeyxin açıqlamasını dəstəkləyib. Şuranın sədri Maya Mursi deyib:

“İslam qadınlara hörmətlə yanaşır və onlara xoş münasibəti dəstəkləyir. İnsan daha öncə olmayan haqları qadınlara verir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...