Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Əlcəzair prezidenti şahzadə Muhəmmədi qəbul etmədi

Muhəmməd bin Salman Əlcəzairdə gözlənilməz sürprizlə qarşılaşıb.

Səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra ilk dəfə xarici ölkəyə səfər edən Səudiyyə Ərəbistanı şahzadəsi Muhəmməd bin Salman Əlcəzairdə gözlənilməz sürprizlə qarşılaşıb.

Din.az bildirir ki, dekabrın 2-də Əlcəzairə gedən şahzadə ölkənin baş naziri Əhməd Uyahya tərəfindən qəbul edilib və hər iki şəxs təkbətək görüşüb.

Bu gün isə o, Əlcəzair lideri Əbdül Əziz Buteflika ilə görüşmək istəyib. Prezident isə qrip olduğu üçün şahzadə ilə görüşməyib.

Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra bu ölkəyə qarşı təzyiqlər başlayıb. Şahzadə Muhəmməd bin Salman G20 sammitindən öncə Tunisə səfər etmiş, lakin orada etirazla qarşılanmışdı. Tunislilər əllərində mişarla küçəyə çıxmışdılar.

Bundan başqa, G20-yə qatılan şahzadə sammit iştirakçılarından gözlədiyi yaxınlığı görməyib. O, yalnız Rusiya prezidenti Vladimir Putinlə zarafatlaşıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...