Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Əlcəzairdə Fransanın törətdiyi soyqırımın yeni dəhşətli görüntüləri /VİDEO 18+

Fransızlar Əlcəzairi xarabalığa çevirmişdilər.

Fransanın Əlcəzairdəki etdiyi soyqırımda ona ən yaxından yardım edən İsrail olub. 1948-ci ildə Fələstin torpaqlarını işğal edərk dövlət quran İsrail Fransanın Əlczairdə ən yaxın əməkdaşı idi.

Din.az bildirir ki, 1830-cu ildə işğal etdiyi Əlcəzairdən əl çəkmək istəməyən Fransa 1954-cü ildə ölkədə azadlıq mübarizəsinin başlanmasına görə 1,5 milyon insanı qətl yetirdi. 8 illik müstəqillik uğrunda aparığı mübarizədə 1, 5 milyon insanın qanı hələ də Fransanın əllərindədir. II Dünya müharibəsində əlaqəsi olmadan minlərlə əlcəzairlinin cəbhəyə aparan Fransa onların ölümünə səbəb oldu. Müharibə bitdikdən sonra Əlcəzairi azadlıq şüarları bürüdü. 8 mayda ayağa qalxan Setif və Guelma ayağa qalxdı. Fransa işğalçıları orada 45 min insanı qətlə yetirdilər. Bu qətliamda fransızlar tank və təyyarələr kimi ağır silahlardan istifadə etdilər. İnsanlar kütləvi halda qətlə yetirilir və elə xalqın özünə qazdırılmış kütləvi qəbirlərdə dəfn olunurdular. Əvvəllər Fransa öldürülənlərin sayının 1500 nəfər olduğunu desə də, daha sonra sayın 20 min olduğunu bildirdilər.

Fransanın 1948-ci ildə NATO-ya üzv olması və Marşal planını qəbul etməsi Əlcəzairdə vəziyyəti daha da pisləşdirdi. 1954-cü ildən müstəqillik uğrunda mübarizə başladı. Fransada buna cavab olaraq 1955-ci ildə ölkədə fövqaladə hal elan etdi. Ordunu Əlcəzairə yeritdi və ölkəni tamamilə təcrid etdi. Ölkə tamamilə embarqo edildi. Bu siyasət bəzi ölkələr tərəfindən pislənsə də, bir çox ölkələr Fransa ilə münasibətləri pozmaq istəmədiyinə görə buna göz yumdular. Fransa isə Əlcazairdə vəziyyəti daha da şiddətləndirdi. NATO-nu ora cəlb etdi və Vyetnamda vuruşan bütün desant birliklərini ora çağırdı.

Fransa əvvəlcə bu müqavimət hərəkatını bir qrup asiyə qarşıya aparılan mübarizə kimi dünyaya təqdim edirdi. Lakin onların bir qrup asi adlandırdığı adamlara qarşı ölkəyə 800 min əsgər topladı. Onlara yardım etmək ittihamı ilə minlərlə kəndi bombaladı və əhalini koloniyalara sürgün edərək qəfəslərdə saxladı. Lakin bütün bunlara baxmayaraq 1962-ci il Evian sazişi ilə Əlcəzair müstəqilliyini əldə etdi. Əlcəzair azad olunan ilk Afrika ölkəsi olsa da, fransızlar getdikdən sonra əllərində xaraba bir ölkə qalmışdı.

Həmin soyqırımın tarixi görüntülərini özündə əks etdirən video materialı sizə təqdim edirik. / İslaminSesi

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...