Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Elektron siqaretdə BÖYÜK TƏHLÜKƏ

Elektron siqaret ilk növbədə insanda ağız yaraları yaradır.

Sağlamlığa “Bəli” Dərnəyinin sədri Prof.Dr.Elif Dağlı son dövrlər istifadəsi sürətlə artan elektron siqaretin tütün məhsulu olaraq qəbul edildiyini bildirərək bunun da siqaret və qəlyan kimi qapalı məkanlarda çəkilməsinin qadağan olduğunu bildirib.

Din.az bildirir ki, Türkiyədə elekton siqaretin internet yolu ilə qanundan kənar təmin edilməsinə diqqət çəkən Elif Dağlı onun zərələrini qısa şəkildə qeyd edib:

Elektron siqaret ilk növbədə insanda ağız yaraları yaradır.

İstifadçilərin 33,6 faizi ağız, dodaq, 33,2 faizi, boğaz, 30,2 faizi tənəffüs yolu, 28,2 faizi diş və diş əti xəstəlikləri ilə  həkimə müraciət edir. Elektron siqaret çəkənlərin əksəriyyətində yaranan ağız yaraları ilə yanaşı, ağızda quruluq, ağızda metal kimi dad, dad bilməmək hissi, ağız qoxusu, dodaqda yara və axıntı, quruluq, tüpürcəkdə qəhvərəngi və qara ləkələr yaranır.

Odur ki, elektron siqaretlərin satılması üçün təşkil edilən bir çox sosial qrup və şəbəkələrin fəaliyyəti dayandırılmalı və bu haqda siqaret çəkənlər məlumatlandırılmalıdır – deyə mütəxəssislər bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...